Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Kiçik və Orta Sahibkarlıq (KOS) subyektləri üçün təlimlər təşkil edir

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Kiçik və Orta Sahibkarlıq (KOS) subyektləri üçün təlimlər təşkil edir

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin əsas strateji hədəflərindən biri  Kiçik və Orta Sahibkarlıq (KOS) subyektlərinin bilik və bacarıqlarının artırılması, qabaqcıl təcrübələrin tətbiqinin sürətləndirilməsidir.

Strateji Yol Xəritəsinidən irəli gələn məsələlərin icrasını təmin etmək üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində 2017-ci il 14 oktyabr tarixində “KOS subyektləri tərəfindən Mühasibat Uçotunun Beynəlxalq Standartlarının tətbiqi” mövzusunda seminar təşkil ediləcəkdir.

Seminarın təşkilində əsas məqsəd Mühasibat Uçotunun Beynəlxalq Standartlarının KOS subyektləri tərəfindən tətbiqinin stimullaşdırılmasıdır.

Qeydiyyatdan keçmək üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərsiniz.

Tel.: 012 404 81 59.

e-poçt.: tedrismaliyye@gmail.com: office@tedris-maliyye.gov.az