"Beynəlxalq Mühasiblər Günü" ilə bağlı tədbir keçirilmişdir

"Beynəlxalq Mühasiblər Günü" ilə bağlı tədbir keçirilmişdir

10 noyabr 2017-ci il tarixində "Beynəlxalq Mühasiblər Günü" münasibəti ilə Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində "Azərbaycan Respublikasında mühasibat uçotunun tətbiqinin mövcud vəziyyəti və insan kapitalı amili" mövzusunda seminar təşkil edilmişdir.

Seminarda Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdir müavini Ramiz Qarayev respublikamızda mühasibat uçotunun tətbiqi ilə bağlı mövcud qanunvericilik aktları barədə geniş məlumat verməklə yanaşı, iştirakçıları maraqlandıran sualları da cavablandırmışdır.

Maliyyə Elm-Tədris Mərkəzinin direktoru Elman Hüseynov respublikamızda mühasibat uçotunun tətbiqində insan kapiatalı amilinin rolu və bu sahədə qabaqcıl dünya təcrübəsinə uyğun peşəkar mütəxəssislərin hazırlanmasında mövcud vəziyyət barədə məruzə etmişdir.

Tədbirin sonunda iştirakçılara müxtəlif kitab və təlim hədiyyələri təqdim edilmişdir.