Maliyyə Nazirliyi Kiçik və Orta Sahibkarlıq subyektləri üçün təlimləri davam etdirir

Maliyyə Nazirliyi Kiçik və Orta Sahibkarlıq subyektləri üçün təlimləri davam etdirir

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 4.2.5-ci “Mühasibat Uçotunun Beynəlxalq Standartlarının Kiçik və Orta Sahibkarlıq (KOS) subyektləri tərəfindən tətbiqinin stimullaşdırılması” bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 2018-ci il 18 may tarixində Naxçıvan Muxtar Respublikasında seminar keçirilib.

Tədbirdə KOS subyektləri tərəfindən Mühasibat Uçotunun Beynəlxalq Standartlarının tətbiqinin təşviqi və mühasibat uçotunun təşkili ilə bağlı müzakirələr aparılıb, sahibkarlıq subyektlərini maraqlandıran suallar cavablandırılıb.

Növbəti tədbirlərin respublikanın digər bölgələrində də keçirilməsi nəzərdə tutulur.